Maqazin

Rövşanədən SƏRT REAKSİYA: “Getsin ayağını yusun, suyunu da içsin…”

Rövşanədən SƏRT REAKSİYA: “Getsin ayağını yusun, suyunu da içsin…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kimsə kişi ilə münasibətini bu cür qurursa, öz işidir. Lakin bu fikir bütün xanımlara şamil olunmur və digər xanımlar da bu cür yaşamalıdır deyə bir qayda yoxdur. Bunu insanların öz seçimlərinə buraxaq, hər kəs yaşam tərzində azaddır”.

Moderator.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında tanınmış aparıcı Rövşanə Ağasəfqızı həmkarı Lalə Azərtaşın “Ailələrin dağılmasının qəti əleyhinəyik. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəçəksən”, – fikirlərini dəyərləndirərkən deyib.

Tanınmış aparıcı bildirib ki, hər kəs eyni düşünməli deyil: “Nə üçün bir şəxs belə yaşayırsa, digəri də o şəkildə yaşamalıdır?! Hər kəs yaşam tərzində, münasibətlərini qurmaqda azaddır. İnsanı şəxsi düşüncəsinə görə linç etməyi doğru hesab etmirəm, xüsusilə məişət təfəkkürunə görə. Əgər bu fikirdə olan şəxslər iddia etsələr ki, hamı onun dediyi tərzdə yaşamalıdır, biz onda münasibət bildirə bilərik. Yeri gəlmişkən, mən də bu fikirlə razı deyiləm və bu cür yanaşmanı özüm üçün qəbul etmirəm. Fikrimcə, münasibətlər rahat, azad, sevgi ortamında olmalı, qarşılıqlı hörmət əsasında qurulmalıdır. Kiməsə pərəstiş, sitayiş formasında münasibət qurulmamalıdır. İstər qadına, istərsə də kişiyə”.

R.Ağasəfqızı vurğulayıb ki, bu kimi məsələlər çox primitiv xarakter daşıyır:

“TikTok düşüncəsindən çıxmalıyıq. Bu, müzakirə mövzusu deyil. Bekar qalmısınız?! Min dənə problem var. Ayıbdır. Kim necə düşünür düşünsün. Getsin ayağını yusun, suyunu da içsin. Özü bilər. Bu mənim müzakirə edəcəyim məsələ deyil. Daha lazımlı məsələlər barəsində fikir mübadiləsi aparmalıyıq”.