“Oğlum Dubayda təhsil alır. Ora aparanda ilk gün ağladım. Hüseyn deyirdi ki, ana, ağlama. Deyirəm, mən necə anayam? Adam necə uşağını aparıb orada qoyar?”.
7Times.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Səhər mərkəzi” proqramında deyib.
Müğənni oğlu Hüseynin İngiltərədə təhsil almasına icazə vermədiyini bildirib: “Londonu istəyirdi, qoymadım. Dedim ki, necə gəlib-gedəcəyəm yanına? Araşdırdıq və Dubayı seçdik. Bura 3 saatlıq yoldur, istəyəndə gedirəm. Apardım ki, orada yaşasın, dostları artsın”.