Aktual

Röya Rəhimlə bağlı görün nə YAZDI? – “Sözümü dedim” + FOTO

Röya Rəhimlə bağlı görün nə YAZDI? – “Sözümü dedim” + FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan mərhum müğənni Rəhim Rəhimlinin məzarını ziyarət edib. 

Sfera.az xəbər verir ki, Röyanın onun vida və dəfn mərasimlərinə gəlməməsi, sonradan qəbrini ziyarət etməsi müzakirələrə səbəb olub. Hətta onların küsülü olduqları da düşünülüb.

Buna görə açıqlama vermək istəməyən müğənni aparıcı Tarix Əliyevin (Tolik) sosial şəbəkə paylaşımına diqqətçəkən şərh yazıb.

Tolik Röyanın əklillə çəkdirdiyi fotosuna “Səni onsuz da tanıyan bilir, sən dostlarına necə olmusan. Sənə xəyanət edənləri də az görmədik” – qeydini yazıb.

Xalq artisti isə “Onu o hala salanlar və birlikdə min zibili edənlər düşünsün. Mən sözümü 2015-ci ildə dedim və onun həyatından çıxdım və yaxşı ki, çıxdım! Kimsəyə veriləcək borcum yoxdur”.

Qeyd edək ki, müğənni-bəstəkar Rəhim Rəhimli sentyabrın 30-u gecə saatlarında ürək tutmasından vəfat edib.