Röyanın keçmiş həyat yoldaşı onu bu qadınla ALDADIB
“ARB Ulduz”da yayımlanan “Şou məkan” proqramının bu dəfəki qonağı əməkdar artist Röya Ayxan olub.
Ona ünvanlanan suallara olduqca maraqlı cavablar verən əməkdar artist “Darıxdım” mahnısı ilə söhbətə start verib.
“Muxtarla aramızda olan bir işdi. Həmişə deyirdi ki, bəlkə, bir gün oxuyaq. Çünki “Darıxmışam”ı çox insan oxuyub. Biri də mən olsaydım, nə olardı, dedim. Baxmayaraq ki, bir neçə il öncə bizim Nadir müəllimlə problemimiz olmuşdu. İllər keçib. Məncə, yenidən mahnını yaşamaq ona da xoş olar”.
Artıq rejissor və aktyor Tural Əsədov mahnıya klip belə çəkib.
“Klipi Tural Əsədov çəkdi. Özü də klipdə çəkilib. Klipə sonadək baxarsız. Çünki mən sonda ağlamışam. Bu qısa bir film fraqmentidir. Məncə, bəyənəcəklər”.
İfaçı ilə müsahibənin ortasında Röyanın özünün dediyi kimi həyat yoldaşı da təşrif buyurdu. Aralarında illərin həsrəti varıymış kimi öpüşüb görüşdülər.
“Bizim, yəqin ki, “İstanbul tətili” filmimiz yadınızdadır. Mənim filmdəki aktyor yoldaşım və həyat yoldaşım (Rüfət Nəzərov). Hansı ki, o, məni çox yaxın rəfiqəmlə aldadıb. Sən məni necə dəyişə bildin?”
Rüfət Nəzərov: “Bu, bir səhvdir. Həyatda heç bir kəs bunu özünə rəva bilməz ki, Röya xanımı kiməsə dəyişsin. Əsla elə bir şey ola bilməz”.
Öncəki işbirlikləri iki sənətçi arasında elə dərin izlər buraxıb ki, onlar artıq növbəti iş üçün nələrsə etmək haqda düşünürlər.