ABŞ-ın, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 11 sanksiya paketinin, habelə ötən həftə baş vermis “Vaqner” hərbi qiyamının nəticəsi Rusiya maliyyə bazarlarına dağıdıcı təsir göstərir.
7Times.az “Vedemosti” nəşrinə istinadla xəbər verir ki, hazırda Moskva birjasında hərraclar zamanı dollar 88 rubldan yuxarı qalxıb. Avro 96 rubla yaxınlaşır. Dollar və avronun belə qiyməti sonuncu dəfə Ukraynaya hərbi müdaxilədən 1 ay sonra – 29 mart 2022-ci ildə olub.
Yuan da bahalaşıb və 21 aprel 2022-ci ildən bəri ilk dəfə 12,14 rubldan yuxarı satılır.
Follow @7timesaz