İran Prezidenti Həsən Ruhani ölkəsinə qarşı ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyaların ləğv edilməməsinə görə İran Məclisini günahlandırıb.
7Times.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Prezident Həsən Ruhani ölkəsindəki iqtisadi vəziyyəti dəyərləndirib:
“Məclis nüvə haqqında qanunu qəbul edərək, bizə əngəl olmasaydı, keçən ilin sonundan etibarən sanksiyalar ləğv edilmişdi. Qəbul edilən qanunla əlimiz-qolumuz bağlandı”.
Follow @7timesaz