Dünya

Rumıniya Rusiya raketinin NATO-nun hava məkanına daxil olması barədə təkzib verdi – YENİLƏNİB + FOTO

Rumıniya Rusiya raketinin NATO-nun hava məkanına daxil olması barədə təkzib verdi – YENİLƏNİB + FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 10-da Ukraynaya raket hücumu zamanı iki Rusiya mərmisinin Rumıniyanın hava məkanına keçməsi ilə bağlı məlumat təsdiqini tapmayıb.

Bu barədə Rumıniya Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər.

Hərbçilərin sözlərinə görə, raketlər ölkənin hava məkanına daxil olmayıb. Onlar Rumıniyanın Rusiya Qara Dəniz Donanmasının gəmilərindən birindən buraxılan “Kalibr” raketinin kursunda ara nöqtə olması versiyasını təkzib ediblər.

Bundan əvvəl Moldova Müdafiə Nazirliyi ölkənin hava məkanının raketlə pozulması ilə bağlı məlumatı təsdiqləyib.

Bildirilib ki, Moldovanın hava məkanı saat 10:18-də (Bakı vaxtı ilə 12:18 – red.) Dnestryanı bölgənin Mokra yaşayış məntəqəsi üzərindən, daha sonra isə Ukrayna istiqamətində Soroka bölgəsindəki Kosouti yaşayış məntəqəsi üzərindən pozulub.

13:44

Fevralın 10-da səhər saatlarında Rusiya qoşunları Ukraynaya növbəti kütləvi raket hücumu həyata keçirib.

Bu barədə Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim özünün “Telegram” kanalında xəbər verib.

Onun sözlərinə görə, raketlərdən biri Moldovanın hava məkanından keçib.

Daha sonra mediada bir qrup raketin Moldova ilə sərhəd boyunca qərb rayonları istiqamətində hərəkət etdiyi barədə məlumatlar yayılıb. “Insider” isə Rusiya raketinin Moldova ərazisindən birbaşa Çernovtsi istiqamətində uçduğu barədə xəbər verib.

Moldova hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.

KİV-də yayılan məlumata görə, Rusiya ordusunun atdığı raketlər təkcə Moldova deyil, Rumıniyanın da hava məkanından keçib. Bu barədə “Kanal24” xəbər yayıb.

Mediada bu, NATO-nun hava məkanına müdaxilə hesab edilib.

Hələlik Ukrayna Silahlı Qüvvələrindən rəsmi təsdiq yoxdur.

oxu.az