Son 24 saatda Rusiya ordusunun Ukraynanın cənubunda gedən döyüşlərdə verdiyi itkilərin sayı əhəmiyyətli dərəcədə artıb.
7Times.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Cənub bölməsinin “Telegram” hesabından paylaşım edilib.
Bildirilib ki, rus ordusunun iki atəş mövqeyi, iki müşahidə məntəqəsi, dörd pilotsuz təyyarənin qalxma məntəqəsi, bir döyüş sursatı anbarı və yeddi sığınacağı vurulub. Bundan əlavə, rus ordusuna məxsus 10 haubitsa, dörd casus pilotsuz uçan aparatı, 11 nəqliyyat vasitəsi, 19 motosiklet, dörd qayıq, iki arabası və doqquz “Şahid” dronu zərərsizləşdirilib.
Rus ordusunun gün ərzində gedən döyüşlərdə 96 hərbçisini itirdiyi qeyd olunub.
Follow @7timesaz