Dünya

Rus ordusu Odessada yaşayış binasını vurdu: ÖLƏN və YARALANANLAR VAR – FOTOLAR

Rus ordusu Odessada yaşayış binasını vurdu: ÖLƏN və YARALANANLAR VAR – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qara dənizdən Odessa vilayətinə səkkiz hücum PUA-sı göndərib. 

7Times.az  xəbər verir ki, Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin məlumatına görə, gecə yarısı ruslar Şahed-131/136 tipli kamikadze pilotsuz uçan aparatlardan istifadə edərək hücum həyata keçirib.

Bir saat ərzində müdafiə bölmələrinin bu hücumu intensiv şəkildə dəf etdiyi bildirilir. Nəticədə, yeddi hədəf məhv edilib.

Pilotsuz təyyarələrdən biri Odessanın yaşayış məntəqələri arasında manevrlər zamanı yaşayış massivində 9 mərtəbəli binaya çırpılıb. 18 mənzilin girişinin bir hissəsi dağılıb. Hücumda bir nəfər ölüb, yeddi nəfər, o cümlədən bir uşaq yaralanıb. Üçyaşlı uşaq ayağından xəsarət alıb. Yaralılardan hamilə qadının vəziyyəti orta ağırdır, xəsarət alan daha üç nəfər də xəstəxanaya yerləşdirilib. Onların arasında 26 yaşlı qızın vəziyyəti ağır, digər ikisinin vəziyyəti orta ağırdır.

Dövlət Fövqəladə Hallar Xidmətinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə , dağıntıların təmizlənməsi və insanların axtarışı istiqamətində iş aparılır. Hadisə yerində psixoloqlar işləyir. Axtarışlara Dövlət Fövqəladə Hallar Xidmətindən 20 texnika və 91 xilasedici cəlb olunub, işlər qarşılıqlı fəaliyyət xidmətləri ilə birgə aparılır. Dağıntılar altında hələ də insanlar ola bilər, çünki evin 6 sakini itkin düşmüş hesab olunur.

Odessa Vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə , faktla bağlı müharibə qanunlarının pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlanıb.