Hərbi

Rus ordusuna daha bir zərbə: 500-dən çox ölü və yaralı var

Rus ordusuna daha bir zərbə: 500-dən çox ölü və yaralı varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xerson rayonunun Çulanovka kəndi yaxınlığında Rusiya ordusunun xeyli canlı qüvvəsi məhv edilib.

7Times.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Dekabrın 31-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən Xerson vilayətinin Çulanovka qəsəbəsi ərazisində düşmənin canlı qüvvə və hərbi texnikasının vurulması təsdiqlənib. Düşmənin 500-ə yaxın ölü və yaralısı var”-, məlumatda deyilib.

Yanvarın 1-də Ukrayna ordusu Xerson vilayətinin Fedorovka qəsəbəsi ərazisində rus işğalçılarının şəxsi heyətini atəşə tutub. Rus ordusunun itkiləri dəqiqləşdirilir.