Belarusun Vitebsk vilayətində rusların olduğu “Scania” markalı turist avtobusu “Renault” markalı minik avtomobili ilə toqquşub.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 40-dan çox sərnişin yaralanıb.
Minik maşınının sürücüsü, 31 yaşlı Kriçev şəhər (Mogilyov vilayəti) sakini yerindəcə dünyasını dəyişib.
Belarus Səhiyyə Nazirliyi qəza nəticəsində 41 rusiyalının yaralandığını, onlardan 6-nın vəziyyətinin ağır, 18-nin vəziyyətinin orta-ağır, qalanlarının isə yüngül olduğunu bildirib.
Belarusdakı Rusiya diplomatları baş verənlərdən xəbərdar edilib.
Hadisə yerinə müstəntiqlər, kriminalistlər, yol polisi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həmçinin həkimlər cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Follow @7timesaz