Dünya

Rusiya 3 ölkə ilə sərhədlərini açdı

Rusiya 3 ölkə ilə sərhədlərini açdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti daha üç ölkəyə uçuşların bərpa edilməsini qərara alıb.

7times.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Maldiv adalarına aviareysləri bərpa edir.

Qahirəyə (Misir) uçuşlar, həftədə 3 dəfə, Duba (BƏƏ) və Velana hava limanına (Maldiv adaları) isə həftədə 2 dəfə yerinə yetiriləcək.

Eyni zamanda Rusiyadan İsveçrəyə uçuşlar həftədə 1 dəfədən 4 dəfəyədək artırılacaq.

Qeyd edək ki, avqustun 1-dən etibarən Rusiyadan Türkiyə, Böyük Britaniya və Tanzaniyaya uçuşlar bərpa edilib.