Rusiya aprel ayından bəri Ukrayna ərazisini 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində istifadəyə verilmiş və aviadaşıyıcılara qarşı hazırlanmış X-22 (“Burya”) qanadlı raketləri ilə vurur.
Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Kəşfiyyatın məlumata görə, Rusiya müasir, daha dəqiq qanadlı raketləri bitdiyi üçün köhnə X-22 raketlərdən istifadə edir.
Bildirilib ki, X-22-lər yerüstü hədəfləri olduqca aşağı dəqiqliklə vurur və buna görə də mülki əhali arasında ciddi itkilər olur.
Follow @7timesaz