Dünya

“Rusiya 6000 dron istehsal etməyi planlaşdırır”  ABŞ nəşri

“Rusiya 6000 dron istehsal etməyi planlaşdırır” – ABŞ nəşribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin noyabr ayında Tatarıstanda Moskva və Tehran arasında imzalanan silah müqaviləsinə əsasən, 2025-ci ilin yayına qədər Rusiyada 6000 pilotsuz uçuş aparatı (PUA) istehsal edilməlidir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu layihə uğurlu olarsa, Rusiyaya getdikcə azalan sursat ehtiyatını qoruya, Ukraynanın əks-hücum səylərini zəiflədə, həmçinin öz mövqeyini kəskin şəkildə yüksəldə bilər.

Mediaya sızdırılan sənədlərə görə, Moskva artıq İranın “Şahed-136” dronlarına bənzər amma daha yüksək uçuş məsafəsi olan 1000-dən çox dron istehsal edib.

Qeyd olunur ki, Rusiya sənaye təcrübəsindən istifadə edərək İran dronlarını daha keyfiyyətli formada istehsal etməyə çalışır.