Rusiya ABŞ-a Ukraynaya silah tədarükünü dayandırması ilə bağlı nota göndərib.
7Times.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Rossia-24” telekanalına müsahibəsində bildirib.
“800 milyon dollar, bu, Vaşinqtondan Kiyevə tədarük olunacaq silahların dəyəridir. Bu, böyük rəqəmdir, bu, diplomatik həllin tapılmasına, vəziyyətin həllinə töhfə vermir. Biz nota göndərmişikmi? Bəli, biz ABŞ-ın Ukraynaya silah tədarükünün qəbuledilməzliyini vurğuladıq, biz bu təcrübənin dayandırılmasını tələb etdik”, – səfir qeyd edib.
Follow @7timesaz