Dünya

“Rusiya artıq genişmiqyaslı hücum əməliyyatı təşkil etmək iqtidarında deyil” – Ukrayna Prezident Ofisi

“Rusiya artıq genişmiqyaslı hücum əməliyyatı təşkil etmək iqtidarında deyil” – Ukrayna Prezident Ofisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya artıq müharibənin əvvəlindəki kimi genişmiqyaslı hücum əməliyyatı təşkil etmək iqtidarında deyil.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ə müsahibəsində deyib.

O bildirib ki, buna baxmayaraq, qarşı tərəf hücumları fəal şəkildə davam etdirməyə çalışır.

M.Podolyakın sözlərinə görə, Rusiyanın döyüş qabiliyyətini qiymətləndirərkən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bəyanatlarına əsaslanmaq daha yaxşıdır.

Prezident Ofisinin nümayəndəsi, həmçinin söyləyib ki, Rusiyanın silah ehtiyatlarını məhv etmək üçün Ukraynaya uzaqmənzilli raketlər lazımdır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.