Dünya

Rusiya Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır

Rusiya Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya cavab tədbiri qismində Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Cavab tədbiri qismində Avstriya Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin 4 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib. Onlardan fevralın 23-ü günün sonuna qədər ölkəni tərk etmək tələb olunub”, – XİN-in məlumatında deyilir.

Artıq Avstriya səfirinə müvafiq nota təqdim edilib.

Xatırladaq ki, daha əvvəl Avstriya 4 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib.