“Biz hüquq-mühafizə orqanları vasitəsilə Azərbaycan tərəfi ilə əlaqə saxlayırıq”.
7Times.az xəbər verir ki, bunu iyulun 9-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, son günlər yaranmış vəziyyətdən sonra Rusiyanın Azərbaycanla münasibətlərin yaxşılaşdırılması perspektivlərini necə dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən deyib:
“Biz əminik ki, bütün yaranan məsələlər mövcud siyasi və diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq şəraitində həll edilməlidir. Bu yanaşma əslində ölkələrimizin xalqlarının əsas maraqlarına xidmət edir”, – o qeyd edib.
Follow @7timesaz