Ukraynada başlatdığı işğal səbəbindən Qərbin və ABŞ-ın ağır sanksiyalarına məruz qalan Rusiyada bank sektoru 6 ay ərzində 25 milyard dollar zərər edib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədrinin birinci müavini Dmitri Tulin açıqlama verib.Tulin, ölkə banklarının 2022-ci ilin ilk altı ayında davam edən işğal fonunda ümumilikdə 1,5 trilyon rubl (24,86 milyard dollar) itirdiyini açıqlayıb: “Bankların itkilərinin təxminən üçdə ikisi xarici valyuta əməliyyatları ilə bağlıdır. Cari il üçün itkilərin birinci dövrlə müqayisədə 1,5 trilyon rublu keçəcəyi gözlənilir. Bank itkiləri Rusiyanın ən böyük bankları arasında cəmləşib. Bu banklar 1,9 trilyon rubl (31,60 milyard dollar) zərər etdiklərini açıqlayıblar. Kreditorlardan isə 400 milyard rubl (6,65 milyard dollar) gəlir götürüblər. Nəticədə banklar cari ilin ilk yarısını 1,5 trilyon rubl xalis zərərlə başa vurublar”.
Follow @7timesaz