Rusiyanın yüngül çoxhədəfli “Baykal” təyyarəsinin ilk uçuşu Sverdlovsk əyalətində baş tutub.
7Times.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təyyarə Yekaterinburq aerodromundan havaya qalxaraq 500 metr yüksəklikdə 25 dəqiqə uçuş icra edib.
Təyyarəni pilot Valentin Lavrentyev idarə edib.
Qeyd edək ki, LMS-901 “Baykal” təyyarəsi nazirliyin müqaviləsi üzrə “Baykal – Engineering” şirkəti tərəfindən hazırlanıb. Təyyarə köhnəlmiş An-2-ni (Kukuruznik –red.) əvəz etməlidir. Kütləvi istehsalı 2024-cü ildən planlaşdırılır.