Dünya

Rusiya bir gündə 100-dən artıq hərbçi itirdi

Rusiya bir gündə 100-dən artıq hərbçi itirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri Orexovski və Xerson istiqamətində ciddi itikilər verib.

7Times.az  xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, bir gün ərzində sözügedən isitiqamətlərdə rus ordusunun 135 hərbçisi həlak olub.

Qeyd olunub ki, ruslar Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə üç dəfə hücum etsə də, ciddi itkilər verərək geri çəkilməli olublar. Canlı qüvvə ilə yanaşı, rus ordusunun xeyli sayda hərbi texnikası da məhv edilib.

“Rus ordusuna məxsus 26 ədəd hərbi texnika, 1 tank, 13 minaatan, 6 zirehli texnika, 3 kəşfiyyat aparatı, aerofotoqrafik stansiya və bir qayıq, 2 səhra döyüş təchizatı məntəqəsi və 3 müşahidə məntəqəsi məhv edilib”, – deyə məlumatda bildirilib.