Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd yardım mexanizminin uzadılmasına dair Qərbin qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.
7Times.az bu barədə TASS-a istinadən xəbər verir.
Çin səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının qalan üzvləri layihəni dəstəkləyib.
İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il – 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.
Follow @7timesaz