Dünya

“Rusiya bu müharibəni diplomatik yolla bitirmək istəmir” – Kelloq

“Rusiya bu müharibəni diplomatik yolla bitirmək istəmir” – Kelloqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın sentyabrın 7-nə keçən gecə Ukrayna şəhərlərinə qarşı həyata keçirdiyi kütləvi raket və PUA hücumu onun bu müharibəni diplomatik yolla bitirmək istəmədiyindən xəbər verir.

7Times.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq öz “X” hesabında yazıb.

“İstənilən müharibənin təhlükəsi eskalasiyadır. Görünür, Rusiya vəziyyəti gərginləşdirir və müharibə tarixində ən böyük hücum Ukrayna Nazirlər Kabinetinin Kiyevdəki binasına dəydi”, – Kelloq qeyd edib.

O xatırladıb ki, iki həftə əvvəl Ukraynada səfərdə olarkən o və baş nazir Yuliya Svırıdenko həmin gecə rusların vurduğu hökumət binasında olublar.

“Tarix göstərir ki, hadisələr bu cür hərəkətlərə görə nəzarətdən çıxa bilər. Buna görə də prezident Tramp bu müharibəni dayandırmağa çalışır. Hücum Rusiyanın bu müharibəni diplomatik yolla bitirmək istədiyinə dair bir işarə deyildi”, – o əlavə edib.