Dünya

“Rusiya bu ölkə ilə sərhədə qoşun yerləşdirəcək” – Putin AÇIQLADI

“Rusiya bu ölkə ilə sərhədə qoşun yerləşdirəcək” – Putin AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya öz qoşunlarını və silah sistemlərini Finlandiya ilə sərhədə yaxın ərazidə yerləşdirəcək”.

 

7Times.az  bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, bu barədə jurnalist Dmitri Kiselevə müsahibəsində danışıb.

 

“Niyə Finlandiya NATO-ya daxil oldu? Bu, öz milli maraqlarını təmin etmək baxımından tamamilə mənasız addımdır. Bizim sərhəddə qoşunlarımız yox idi, amma indi edəcəyik. Orada dağıdıcı sistemlər yox idi, indi görünəcəklər”, – Putin vurğulayıb.

 

Qeyd edək ki, Finlandiya 2023-cü ilin aprelində hərbi bloka qoşulub. Bununla da o, NATO-ya üzv olan 31-ci ölkə olub.

Sfera.az