Rusiyanın kommunikasiyalara nəzarət orqanı Roskomnadzor ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin, Federal Təhqiqatlar Bürosunun və bəzi digər xarici saytların internet saytlarına girişi məhdudlaşdırdığını bildirib.
7Times.az xəbər verir ki, buna səbəb saytlarda sosial əhəmiyyətli məlumatlarda qeyri-dəqiqliklər ehtiva edən və Rusiya silahlı qüvvələrini nüfuzdan salan materialların yayılması olub.
“Roskomnadzor Rusiyada ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş materialların yayılması üçün düşmən ölkələrin dövlət təşkilatlarına məxsus bəzi resurslara çıxışı məhdudlaşdırıb”, – deyə agentlik Rusiya mediasına açıqlamasında bildirib.
Xidmətin məlumatına görə, www.cia.gov və www.fbi.gov saytlarına giriş məhdudlaşdırılıb.
Follow @7timesaz