“Nümayəndə heyətlərinə vizaların verilməsi imtiyaz deyil, ABŞ-ın beynəlxalq hüquqi öhdəliyidir…”
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Birləşmiş Millətlər Təşkilatının himayəsi altında DİN rəhbərlərinin ABŞ-da keçirilən sammitinə buraxılmayıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya hiddətlə məlumat verib. Məlumatı Rusiya KİV-ləri yayıb.
Onun sözlərinə görə, görüşə hazırlaşan Kolokoltsev və Rusiya nümayəndə heyətinin digər üzvlərinə viza verməkdən imtina edilib.
“Amerika tərəfinin hərəkətləri ucbatından Rusiya nümayəndə heyətinin başda daxili işlər naziri Vladimir Kolokoltsev olmaqla sammitdə iştirakı baş tutmayıb.
Bu, ABŞ tərəfindən BMT-nin mərkəzi müəssisələri haqqında saziş üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır”, – məlumatda belə deyilir.
Nebenzya vurğulayıb ki, nümayəndələrə vizaların verilməsi imtiyaz deyil, ABŞ-ın “beynəlxalq hüquqi öhdəliyidir”.
Xatırladaq ki, Kolokoltsev aprelin 6-dan ABŞ-ın sanksiyaları altındadır, onun ölkəyə girişi qadağandır.
Fevralın 26-da nazir Rusiyanın digər yüksək vəzifəli şəxslırilə birlikdə Avropa İttifaqının sanksiyaları altına düşüb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikaya getməyə hazırlaşanda da viza problemləri ilə üzləşib.
Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov məlumat verib ki, əvvəlcədən sifarişlərin verilməsinə rəğmən, nazir Sergey Lavrov və Rusiya nümayəndə heyətinə sentybr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasında iştirak etmək üçün vizaların verilməsi məsələsində də hər hansı irəliləyiş yoxdur.
Follow @7timesaz