Rusiyanın Kiyevdəki diplomatları və konsulluqların əməkdaşları Ukraynanı tərk etməyə başlayıblar.
Modern.az xəbər verir ki, bu barədə RİA Novosti-yə məlumatlı mənbə bildirib.
Mənbə deyib ki, “bir sıra Qərb ölkələrinin rəsmən elan etdiyi evakuasiya fonunda bu, Moskvanın eyni yolla getməyə qərar verdiyini deməyə əsas verir”.
“Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trussla danışıqlardan sonra keçirilən mətbuat konfransı zamanı belə bir ssenarinin mümkünlüyünə eyham vurub”, – mənbə xatırladıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov etiraf edib ki, Rusiya Federasiyası diplomatik qurumların qeyri-vacib işçilərinin müvəqqəti təxliyəsi barədə qərar verə bilər.
Moskvanın təkzib etdiyi Rusiyanın eskalasiyası səbəbindən səfirlik işçilərinin bir hissəsini təxliyə etmək planları daha əvvəl ABŞ, Böyük Britaniya, Almaniya və Avstraliya tərəfindən açıqlanmışdı.
Qərb Rusiya Federasiyasını Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək planlarında ittiham edir. Moskva bunu qəti şəkildə inkar edir və daim deyir ki, heç kimə hədə-qorxu gəlmir və bütün bu kimi bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur.
Follow @7timesaz