Dünya

Rusiya ən bahalı təyyarələrini Ukraynanın hədəfindən uzaqlaşdırır

Rusiya ən bahalı təyyarələrini Ukraynanın hədəfindən uzaqlaşdırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna pilotsuz uçuş aparatlarının aerodromlarına hücumundan sonra Rusiya ən bahalı hərbi təyyarələrini bu ölkənin hədəfindən uzaqlaşdırıb.

“Report”un “The Telegraph”a istinadən verdiyi xəbərə görə, iki “Tu-160” strateji bombardmançı və raket daşıyıcısı cəbhə xəttindən 6 min km-dən çox məsafədə yerləşən uzaq “Anadır” aviabazasına köçürülüb.

Nəşr qeyd edib ki, aerodrom Alyaskadan təqribən 660 km aralıda, yaşayış olmayan Çukotka yarımadasında yerləşir. Aerodrom “soyuq müharibə” dövründə – Rusiyanı ABŞ-nin potensial hücumlarından qorumaq üçün yaradılıb.

“Tu-160″ səsdən sürətli bombardmançı təyyarələri nüvə silahı daşıya bilir və Rusiya arsenalında ən bahalısıdır, hər birinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, Amerika bombardmançı donanmasının əsasını təşkil edən “B-52 Stratofortress” təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir”, – müəlliflər vurğulayırlar.

Rusiyada ümumilikdə 16 belə təyyarənin istismarda olduğu bildirilir. Eyni zamanda, Ukrayna bildirib ki, həmin “Tu-160”ların bəziləri “Hörümçək toru” əməliyyatı çərçivəsində, iyunun 1-dəki hücum zamanı zədələnib.