Hərbi

Rusiya Ermənistana yeni silahlar GÖNDƏRDİ

Rusiya Ermənistana yeni silahlar GÖNDƏRDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistana yeni silahlar göndərib.

 

7Times.az  xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə Komitəsinin üzvü Qaqik Melkonyan “Azadlıq” radiosunun erməni bürosuna açıqlamasında bildirib.

 

O qeyd edib ki, Rusiya silahlarının bir partiyası artıq Ermənistandadır. Deputatın sözlərinə görə, silah yükü Ermənistana bu yaxınlarda gəlib.

 

Qaqik Melkonya vurğulayıb ki, silahlar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib.

 

Qeyd edək ki, ötən gün parlamentin Müdafiə Komitəsinin sədri Andranik Köçəryan Rusiya silahlarının Ermənistan tərəfindən qəbul edilib-edilməməsi ilə bağlı suala belə cavab verib: “Bəli, müəyyən dərəcədə”.

 

“Onlar bizim gözlədiyimiz həcmdə deyil, imzaladığımız müqavilənin həcmi baxımından nəsə verirlər, amma əminəm ki, zaman keçdikcə həll olunacaq”, – deyə Köçəryan bildirib.

 

44 günlük müharibədən sonra Ermənistan hökumətinin nümayəndələri, o cümlədən baş nazir Nikol Paşinyan mütəmadi olaraq Rusiyanın silah tədarük etməməsindən narazılıqlarını ifadə ediblər.

Modern.az