Rusiyaya məxsus “Piliqrim” gəmisi dünya səyahəti zamanı Malayziya sahillərində qəzaya uğrayıb.
7Times.az Rusiya mediasınaistinadən xəbər verir ki, bu barədə ölkənin Malayziyadakı diplomatik nümayəndəliyi məlumat verib.
Gəminin kapitanı və ekipaj xəsarət almayıb.
“Rusiyanın Malayziyadakı səfirliyi dünya səyahəti edən “Piliqrim” adlı Rusiya gəmisinin 2024-cü il dekabrın 20-də Borneo adasının şimal sahillərində (Malayziyanın Saravak ştatı) qəzaya uğraması ilə bağlı vəziyyətdən xəbərdardır. Diplomatik missiya hadisə barədə məlumat daxil olduğu andan etibarən gəminin kapitanı S.V.Sinelnik ilə əlaqə saxlayır. Səlahiyyətlərimiz çərçivəsində ekipaj üzvlərinə yardım göstəririk”, – səfirlikdən bildirilib.
Follow @7timesaz