Dünya

Rusiya həbsxanalarından yeni işgəncə və zorlama VİDEOLARI YAYILDI

Rusiya həbsxanalarından yeni işgəncə və zorlama VİDEOLARI YAYILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Gulagu.net saytının hüquq müdafiəçiləri Saratovda həbsxana xəstəxanasında məhbuslara işgəncə verilməsini əks etdirən yeni videolar yayıblar.

7times.az xəbər verir ki, KONKRET.az-ın əldə etdiyi videoda rus, çeçen, dağıstanlı, gürcü və azərbaycanlı məhbuslara qarşı altı zorakılıq və təhqir epizodundan bəhs edilir.

Hüquq müdafiəçiləri yüzlərlə işgəncənin içindən zorakılıq fraqmentlərinin bir qismini yenidən ictimaiyyətə təqdim ediblər. Yeni epizodlar rusların, çeçenlərin, gürcülərin, azərbaycanlıların və dağıstanlıların alçaldılmasından bəhs edir. Hüquq müdafiəçiləri işgəncələrdə iştirak edən kapo fəallarının adlarını açıqlayıblar. Məsələn, Sergey Ananyev Saratov Cəzaçəkmə Müəssisəsinin Xəstəxanasında yüzdən çox işgəncə və zorlama həyata keçirib. Buna Federal Penitensiar Xidmət rəhbərinin müavini Vdovin Yuri Yuryeviç rəhbərlik edib.

Saratovdakı CTX-1, fəalların yüzlərlə insanın həyatını məhv etdiyi ən qəddar Rusiya həbsxanasının nümunəsidir. Bütün zorakılıqlar videoreqistratorlarda lentə alınıb ki, sonradan məhbusları şantaj etmək mümkün olsun. İndi “silovikilər” kapolarını qorxudurlar ki, rəhbərlərinin əleyhinə ifadə verməsinlər. Həmin Ananyev intihar etmək istəyib, lakin son anda xilas olunub.

Etikadan kənar olduğu üçün həmin videoları təqdim etmirik.

Xuraman Etibarlı

KONKRET.az