Kiyevdə Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi halında əhalinin təxliyəsi planını təsdiq ediblər.
Bu barədə paytaxt meri Vitali Kliçko məlumat verib.
“Kiyevdə Kiyev Şəhər Dövlət Administrasiyası (KŞDA) səviyyəsində və hər bir rayonda təxliyə komissiyaları yaradılıb. Əhalinin evakuasiya planı təsdiq edilib. O, yığma evakuasiya məntəqələrinin yerini, lazım olan nəqliyyatın həcmini və əhalinin yerləşdirilməsi üçün təhlükəsiz əraziləri müəyyənləşdirir”, – KŞDA-nın bəyanatında deyilir.
Qeyd olunur ki, şəhər xidmətləri fövqəladə vəziyyətdə vətəndaşların təhlükəsizliyi üçün mümkün olan hər şeyi edir.
“Bu gün Kiyevin mülki müdafiə qüvvələri və vasitələri bunlardır: 13,5 min şəxsi heyət və 780-dən çox texnika. Ərazi briqadasının qüvvələri də Kiyevin müdafiəsinə cəlb olunur”, – Kliçko bildirib.
Onun sözlərinə görə, son bir neçə ildə şəhərdə bomba sığınacaqları üçün nəzərdə tutulan yerlərin sayı üç dəfə artıb.
“Bir neçə il əvvəl bizdə 1500 müvafiq sığınacaq var idisə, bu gün onların sayı 3 dəfə artıb. Ümumilikdə, mülki müdafiənin mühafizə strukturlarının fonduna 500-dən çox saxlanc yeri daxildir”, – o söyləyib.
Follow @7timesaz