Maqazin

Rusiya ilə bağlı paylaşım başına bəla oldu

Rusiya ilə bağlı paylaşım başına bəla oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur model İrina Şeykin sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub. 

Axşam.az xəbər verir ki, rus əsilli model Rusiya mətbəxinə aid yeməklərin yer aldığı şəkil yayımlayıb.

Şeyk şəkillərin altına “Russianzz”, yəni “ruslar” sözünü yazıb. Abunəçilər dərhal İrinanın Rusiyanın Ukraynaya hücumunu dəstəklədiyini yazıblar.

Modelin abunəçiləri onun Vladimir Putin haqqında kitabla poza verdiyi iki illik fotolarını da xatırladıblar. Bu, eyni zamanda İrinanın Avropa və ABŞ-dakı iş təkliflərini də təhlükə altına alıb. Belə görünür ki, indi tanınmış rusiyalı ABŞ və Avropadakı karyerasını itirə bilər.