Ukrayna Rusiya ilə enerji obyektlərinə qarşılıqlı hücum edilməməsilə bağlı birbaşa danışıqlar aparmır.
7Times.az xəbər verir ki, bunu Ukrayan Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
“Yazıldığı kimi, guya Ukrayna və Rusiya arasında danışıqlar olduğu barədə deyilənlər qətiyyən doğru deyil”, – deyə Yermak vurğulayıb.
Bununla yanaşı, Ukrayna rəsmisi Rusiya ilə birbaşa danışıqlar olmasa da, “Taxıl sazişi”ndə olduğu kimi, üçüncü tərəf vasitəsilə hansısa razılaşmaların əldə edilməsini mümkün sayıb.
Yəni, tərəflər bir-birilə birbaşa danışıqlar aparmır, əvəzində indiki halda Qətər həm Rusiya, həm də Ukrayna ilə ayrı-ayrılıqda razılaşma əldə edərək, tərəflərin mövqelərini uyğunlaşdırmağa çalışır.
“Bu gün mənə nə məlumdur? Hələlik heç kim heç bir razılaşma əldə etməyib. Əgər belə bir razılaşmalar olsa, Ukrayna onları nəzərdən keçirməyə hazırdır. Çünki onlar “Sülh formulu”nun şərtlərinə tamamilə uyğundur. Ancaq əminliklə deyə bilərəm ki, Ukrayna Rusiya ilə heç bir danışıq aparmır”, – Andrey Yermak deyib.
“AzPolitika”
Follow @7timesaz