Dünya

Rusiya ilə birbaşa danışıqlara hazırıq – Zelenski

Rusiya ilə birbaşa danışıqlara hazırıq – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Zelenski axşam çıxışı zamanı deyib ki, Ukrayna tərəfdaşlarının vasitəçiliyilə Rusiya Federasiyası ilə növbəti birbaşa danışıqları müzakirə edir.

7Times.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Zelenskinin sözlərinə görə, Ukrayna və tərəfdaşları Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla Putinin son telefon danışığının təfərrüatlarını və ideyalarını müzakirə ediblər.

Onun fikrincə, Amerikanın sülhün yaxınlaşması prosesinin iştirakçısı olmaqda davam etməsi vacibdir.

Ukrayna prezidenti hesab edir ki, Rusiyada “qorxulan” Amerikadır və ABŞ Rusiya prezidenti Vladimir Putinə təsir edə bilər.

“Biz tərəfdaşlarla ruslarla növbəti görüşlər – Ukraynanın tamamilə hazır olduğu və nəticə verəcək istənilən formatda birbaşa danışıqlar barədə müzakirə aparırıq. Bizə kömək edən hər kəsə minnətdaram”, – deyə Zelenski bildirib.