Rusiya ilə İran arasında uçuşlar intensivləşib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat deyib.
“Ümid edirəm ki, beynəlxalq ictimaiyyət Rusiya ilə İran arasında hərbi əməkdaşlığı dayandırmaq üçün hər şeyi edəcək”, – İqnat vurğulayıb.
O bildirib ki, son vaxtlar Rusiya ilə İran arasında uçuşlar müntəzəm xarakter alıb:
“Həmçinin silahların dəniz yolu ilə çatdırılması da mümkündür”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 2022-ci ilin oktyabr ayından Rusiya Ukraynanın enerji infrastruktur obyektlərinə hücum etmək üçün İran istehsallı “Shahed” PUA-larından istifadə edir.
Follow @7timesaz