Dünya

Rusiya Kiyevə hücum etdi: ölənlər var

Rusiya Kiyevə hücum etdi: ölənlər varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.

7Times.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Teleqram kanalında yazıb.

“Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, – Yermak bildirib.

Bundan başqa, Kiyev meri Vitali Kliçko da şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.

***

Kiyevə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

O, yaralıların xəstəxanaya yerləşdirildiyini söyləyib.

V.Kliçko həmçinin Kiyevə 28 PUA ilə hücum edildiyini, onlardan yalnız 5-nin şəhərdəki müxtəlif infrastrukturları vurduğunu, qalanlarının isə zərərsizləşdirildiyini açıqlayıb.

***

Rusiya Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla ölkə ərazisinə ümumilikdə 43 kamikadze-dronla hücum edib.

Onlardan 37-si məhv edilib, 6 PUA isə düşərək partlayış törədib.

Məlumata görə, Kiyevə hücum nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.Axar.az