“Krımda baş verən insidentlər Ukraynanın cənubunda döyüşlər aparan Rusiya qoşunlarının təchizatını ciddi surətdə poza bilər…”
Krımda baş verən partlayışlardan sonra rusiyalı hərbçilər təcili surətdə öz texnikasını-təyyarə və helikopterləri yarımadadan kənarda yerləşən hava limanlarına yerləşdirir.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Söhbət avqustun 9-da Saka hərbi bazasında və Qvardeyskoye hava limanında baş vermiş partlayışlardan gedir.
Ukrayna hərbçiləri tərəfindən cəmi 24 təyyarə və 14 helikopterlərin yerdəyişməsi qeydə alınıb.
Xatırladaq ki, avqustun 9-da Krımın Novofyodorovka qəsəbəsi yaxınlığında döyüş sursatları partlayıb.
Rusiya bunun hava limanında təhlükəsizlik texnikası qaydalarının pozulması nəticəsində baş verdiyini iddia edir.
Ukrayna baş vermiş hadisədə əli olduğunu nə təsdiq, nə təkzib edir.
Dünən səhər Krımın Cankoy rayonunun Mayskoye kəndində döyüş sursatları anbarında partlayışlar baş verib. Rusiya müdafiə nazirliyi bunu diversiya aktı hesab edib.
Bir qədər sonra Qvardeyskoye qəsəbəsində eyniadlı hərbi hava limanında həmçinin partlayış səsləri eşidilib.
Britaniya kəşfiyyatının fikrinə görə, bütün bu hadisələr Ukraynanın cənubunda döyüşlər aparan Rusiya qoşunlarının təchizatını ciddi surətdə poza bilər.
Follow @7timesaz