Ukrayna savaşında Rusiya ordusunun son uğursuzluğu yerli mətbuatda müzakirə obyektinə çevrilib.
7Times.az bildirir ki, Kremlin nəzarətində olan dövlət televiziyası vəziyyətlə bağlı maraqlı iddia irəli sürülüb. Keçmiş parlament üzvü Boris Nadejdin canlı yayımda Rusiya prezidentinin müşavirlərini günahlandırıb.
O, çıxışı zamanı Putinin tələyə düşdüyünü söyləyib: “Kimsə Putinə deyib ki, Ukrayna təslim olacaq, qaçacaq. Əməliyyatın sürətli və effektiv olacağını ona çatdıranlar – bu insanlar hamımızı tələyə salıblar”.
Nadejdin iki ölkə arasında sülh danışıqlarının aparılmasının vacibliyini də vurğulayıb: “Ukraynanı məğlub etməyin mümkün olmadığını anlamalıyıq. Problemləri siyasi yolla həll etməyin vaxtıdır”.
Follow @7timesaz