Martın 25-də Moskvada keçirilməsi planlaşdırılmış Rusiya – Paraqvay yoxlama oyunu təxirə salınıb.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb.
Bilirilib ki, qərar dünən “Crocus City Hall”da törədilən terror aktı səbəbindən verilib.
Tərəflər görüşün başqa vaxt keçirilə biləcəyi ilə bağlı razılığa gəliblər.
Oyun üçün bilet alan azarkeşlər pullarını tam şəkildə geri ala biləcəklər.
Modern.az
Follow @7timesaz