Rusiya Müdafiə Nazirliyi Yevgeni Priqojinlə bağlı vəziyyəti silahlı qiyam adlandırıb.
7Times.az -ın məlumatına görə, bu barədəTASS xəbər verir.
“Vaqner özəl hərbi şirkəti”nin hücum dəstələrinin döyüşçülərinə müraciət edirik. Sizi aldadaraq Priqojinin cinayət avantürasına və silahlı qiyamda iştiraka cəlb ediblər. Bir neçə dəstədən olan bir çox yoldaşınız səhvlərini artıq başa düşüblər, daimi dislokasiya məntəqələrinə təhlükəsiz şəkildə qayıtmalarının təmin olunmasının mümkünlüyü üçün kömək istəyiblər”, – qurumun açıqlamasında deyilir.
Bildirilib ki, müraciət edən bütün döyüşçülərə və komandirlərə artıq bütün lazımi yardım göstərilib.
“Xahiş edirik ki, ağıllı davranasınız və tezliklə Rusiya Müdafiə Nazirliyi və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlayasınız. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, – məlumatda qeyd olunur.
Follow @7timesaz