Dünya

“Rusiya müharibəni dayandırmaq məcburiyyətində qalacaq” – Açıqlama

“Rusiya müharibəni dayandırmaq məcburiyyətində qalacaq” – Açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsində sülh müqaviləsinin bağlanması gözlənilmir”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq Rusiya Xarici işlər naziri Sergey Lavrov və Kremlin sözçüsü Dmitri Peskovun sözlərini xatırladıb:

 

“Hər iki dövlət rəsmisi Ukrayna ilə sülh müqaviləsinin imzalanma şərtlərini açıqlayıb. Rusiya tərəfi qeyd edib ki, rəsmi Kiyev Xerson və Zaparojyeni Rusiya ərazisi kimi tanımalıdır. Kiyevin sülh təklifi isə Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır. Göründüyü kimi, şərtlər hər iki tərəf üçün qəbuledilməzdir. Rusiyanın şərtləri qanunsuz, Ukraynanın bu şərtləri qəbul etməsi isə qeyri-mümkündür. Lavrov qeyd edir ki, Kiyev sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Təbii ki, Kremlin şərtlərini qəbul etmək sülh deyil, Ukraynanın işğalını rəsmiləşdirməkdir. Belə olan təqdirdə, məhz Moskva sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür”.

Ekspert qeyd edib ki, ikitərəfli danışıqların keçirilməsi də mümkün deyil:

 

“Ukrayna və Rusiyanın münasibətləri yalnız döyüş meydanında həll olunacaq. Necə ki Ermənistanla Azərbaycan arasında münaqişə döyüş meydanında həll edildi, onlar məğlubiyyət sənədinə imza atdı. Eyni ssenari Rusiya və Ukrayna arasında da baş tutacaq. Tərəflərin biri hərbi üstünlüyə nail olmalıdır. Ukraynaya verilən hərbi dəstək fonunda Rusiya qoşunlarının məğlubiyyəti isə qaçılmazdır. Rusiya sülh müqaviləsinin bağlanmasına getməsə də, müharibəni dayandırmaq məcburiyyətində qalacaq”.