“Boris Yeltsin 1994-cü ilin əvvəlində Bill Klintona demişdi ki, Rusiya Federasiyası NATO-ya daxil olan bəzi ölkələr arasında birinci olmalıdır”.
7Times.az xəbər verir ki, TASS-ın iddiasına görə, bu, Corc Vaşinqton Universitetində Amerikanın Milli Təhlükəsizlik Arxivi ictimai araşdırma təşkilatı tərəfindən açıqlanan ABŞ hökumətinin məxfi sənədlərində qeyd olunub.
“ABŞ-ın Moskvadakı səfirliyinin Vaşinqtona göndərdiyi bəyanata görə, Yeltsin yanvarda Klintonla Novo-Oqarevoda şam yeməyi zamanı ABŞ-Rusiya münasibətlərini sabitlik və təhlükəsizlik baxımından “dünyanın ən vacibi” adlandırıb”.
İddialara görə o, məsələ ilə bağlı deyib:
“Biz, əlbəttə ki, NATO ilə bağlı sizinlə razıyıq. Rusiya NATO-ya daxil olan ilk ölkə olmalıdır. Onda Mərkəzi və Şərqi Avropanın digər ölkələri də qoşula bilər. ABŞ, Rusiya və avropalıların bir növ karteli olmalıdır”.
Modern.az
Follow @7timesaz