Dünya

Rusiya o bölgəni qazsız qoydu və məsuliyyəti üzərindən atdı  Kişinyovdan sərt CAVAB

Rusiya o bölgəni qazsız qoydu və məsuliyyəti üzərindən atdı – Kişinyovdan sərt CAVABbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moldovadakı səfiri Dnestryanıdakı enerji böhranı ilə bağlı verdiyi açıqlamalarla əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

7Times.az  xəbər verir ki. Rusiyanın Moldovadakı diplomatik missiyası yanvarın 1-dən Rusiya qazının tədarükünün dayandırıldığı Dnestryanı bölgədə “sürətlə pisləşən vəziyyəti” həyəcanla izlədiyini açıqlayıb. Bəyanatda bildirilir ki, böhran Qərb və Ukrayna tərəfindən süni şəkildə yaradılıb və Ukrayna və Moldova mediası enerji böhranının məsuliyyətini Rusiyanın üzərinə qoymağa çalışır.

Moldova Xarici İşlər Nazirliyi rusiyalı diplomata xəbərdarlıq edilib ki, bu bəyanatlar Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.

Moldovanın separatçı Dnestryanı bölgəsinə Rusiya qazının tədarükü yanvarın 1-dən dayandırılıb. Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında Rusiyanın müharibə zamanı onun ərazisindən ixrac etdiyi qazdan faydalanmasının qarşısını almaq üçün müqaviləni yeniləmək niyyətində olmadığını açıqlamışdı. Beləliklə, 2019-cu ildə Ukraynanın “Navtoqaz”ı ilə Rusiyanın “Qazprom” şirkətləri arasında bağlanmış müqavilənin ləğv edilməsi adıçəkilən bölgəni də qazsız qoyub.

 

 

Dünən isə Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyi tərəfindən yayılan bəyanata cavab verib. Nazirlik bildirib ki, bu təhlükəli dezinformasiyanı qəti şəkildə rədd edir və Moskva yaratdığı böhrana görə məsuliyyəti öz üzərindən atmağa çalışır.

“Biz Moldova cəmiyyətini parçalamağa yönəlmiş yalan bəyanatları və Dnestryanıdakı enerji böhranının əsl mənşəyini gizlətmək cəhdlərini qəti şəkildə pisləyirik. Bu, ictimai rəyi manipulyasiya etmək və günahı Kişinyov və ya Kiyevə yıxmaq cəhdidir, əsl məsuliyyəti isə yalnız Moskvanın daşıyır. Dnestryanıya qaz tədarükü üçün məsuliyyət tamamilə Rusiya Federasiyasının və müqavilə öhdəliklərini yerinə yetirməmək yolunu seçən və qaz təchizatının davamlılığını təmin etmək üçün əlverişli həllər təklif etməyən “Qazprom”-un üzərinə düşür. Təchizatın dayandırılması qərarından Moldova Respublikasında sabitliyi pozmaq məqsədi ilə istifadə etmək yalnız yalan deyil, həm də dərin kini ifadə edir” – deyə, bəyanatda qeyd olunur.

XİN bəyan edir ki, Moldova hökuməti konkret tədbirləri ilə çətin qış dövründə Dnestr çayının hər iki sahilində vətəndaşlara dəstək olmaq öhdəliyinə sadiq olduğunu sübut edib.

“Ölkəmiz Dnestryanı problemin guya “güc yolu ilə həlli” ilə bağlı təxribat xarakterli ritorikanı və təhlükəli eyhamları qətiyyətlə pisləyir. Moldova Respublikası dialoq və onun suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə ölkənin dinc yolla reinteqrasiyasına qətiyyətlə sadiqdir” – deyə, sənəddə bildirilir.

Xarici İşlər Nazirliyi Rusiya səfirliyini ikitərəfli münasibətlərə daha da xələl gətirən və regional vəziyyəti qızışdıran dezinformasiya kampaniyasını dərhal dayandırmağa çağırıb.

“AzPolitika.info”