Rusiya ordusu Avropa və ABŞ-dan Ukraynaya gətirilən silahların olduğu silah anbarını bombalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, Zaporojye bölgəsindəki silah anbarı dənizdən atılan Kalibr raketləri ilə hədəfə alınıb. Həmçinin digər ərazilərdə Ukraynaya məxsus 18 PUA sıradan çıxarılıb. Məlumata görə, sıradan çıxarılan PUA-lar arasında iki ədəd Bayraktar da var.
Follow @7timesaz