Hərbi

Rusiya ordusu İlan adasına aviazərbə endirdi

Rusiya ordusu İlan adasına aviazərbə endirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Ukraynanın İlan adasına aviazərbə endirib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, bu gün səhər saatlarında adaya motorlu qayıq ilə bir neçə ukraynalı hərbi qulluqçu gəlib və adada qaldırılan Ukrayna bayrağı ilə şəkil çəkdirməyə başlayıb.

Konaşenkov qeyd edib ki, dərhal Rusiya ordusuna məxsus təyyarə ilə adaya zərbə endirilib: “Nəticədə ukraynalı hərbçilərin bir hissəsi zərərsizləşdirilib. Həyatda qalan digər hərbçilər isə Odessa vilayətinin Primorskoe yaşayış məntəqəsi istiqamətində qaçıblar”.

Xatırladaq ki, iyunun 30-u Rusiya ordusu İlan adasını tərk edib. İyulun 4-ü isə adada Ukrayna bayrağı qaldırılıb.