Dünya

Rusiya ordusunu Donetskdən Baxmuta köçürür

Rusiya ordusunu Donetskdən Baxmuta köçürürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələrini Donetskdən Baxmuta yönləndirir.

 

7Times.az  xəbər verir ki, bu barədə Böyük Britaniyanın kəşfiyyat orqanı məlumat yayıb.

 

“Baxmutda Rusiya Müdafiə Nazirliyinin və “Vaqner”in qüvvələri yavaş-yavaş irəliləməyə davam edir. Şəhərin mərkəzindəki cəbhə xətti əsasən magistral dəmir yolu xəttindən keçir”, – məlumatda deyilir.

 

Eyni zamanda, Britaniya kəşfiyyatının hesabatında qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri şəhərin qərbində əsas yol olan Korsunski küçəsi boyunca cənubdan Rusiya ordusunun hücumlarına qarşı mübarizə aparır.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.