Məlum olduğu kimi, martın 15-də Odessadakı mülki yaşayış binasına endirilən raket zərbələri nəticəsində azı 20 nəfər dinc sakin həlak olub, 40-dan çox yaralı var. Onların çoxu ağır vəziyyətdədir və ölənlərin sayının artacağı gözlənilir.
7Times.az xəbər verir ki, Odessa şəhər administrasiyası martın 16-nı matəm günü elan edib. Bu hücum, qurbanlarının sayına görə müharibə başlayandan bəri Odessaya edilən ən kütləvi hücum sayılır.
Hərbi ekspert Oleq Jdanov martın 15-də Rusiyanın Odessaya hücumunun bəzi detallarını açıqlayıb. O, rusların Odessada yaşayış binasına “İskəndər-M” ballistik raketləri ilə hücum etdiyini qeyd edib: “Bu, yüksək dəqiqlikli raketdir. Onun dairəvi kənarlaşması 10-20 metrdir. Bu, o deməkdir ki, bilərəkdən yaşayış sahəsi, yaşayış binası hədəf götürülüb”.
Ekspert eyni zamanda, Rusiyanın iyrənc üsullarla döyüşdüyünü, hərbi cinayətlər törətdiyini qeyd edib: “Rusiyalıların alçaqlığı və qeyri-insanlığı ondadır ki, birinci zərbədən sonra xilasedicilər gələndə ikinci raketi eyni yerə atıblar. Rusiya Federasiyası belə döyüşür”.
“AzPolitika”
Follow @7timesaz