Rusiya Ukrayna ilə münaqişədə qalib gəlsə, dünya daha təhlükəli olacaq.
7Times.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Biz, həmçinin başa düşdük ki, Rusiyanın Ukraynanı qəddarcasına işğalı təkcə Ukraynaya deyil, bizim əsas dəyərlərimizə və azad insanlara qarşı hücumdur. Ona görə də Rusiya Prezidenti Vladimir Putin müharibədə qalib gəlməməlidir, çünki bu, təkcə ukraynalılar üçün faciə olmayacaq, həm də dünyanı daha təhlükəli bir yer edəcək”,- deyə Stoltenberq ABŞ Prezidenti Co Baydenlə görüşdə vurğulayıb.
Baş katib qeyd edib ki, NATO ölkələrinin Ukraynaya döyüş meydanında dəstək verməsi olduqca vacibdir:
“Hücum başlayıb və ukraynalılar irəliləyiş əldə edir. NATO-nun iyul sammiti də Ukraynaya dəstəyi gücləndirəcək”.
Follow @7timesaz