Donald Trampın Ukraynanı Rusiyadan üstün tutmasını istərdik.
7Times.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə “NBC Nyus”a müsahibəsində deyib.
“Mən çox istərdim ki, Rusiya deyil, Ukrayna Tramp üçün prioritet olsun. Və ümid edirəm ki, biz daha önəmliyik. Rusiya qədər böyük deyilik, amma hesab edirəm ki, strateji baxımdan Ukrayna ABŞ üçün daha vacibdir, çünki həqiqətən tərəfdaşıq, müttəfiqik və ümumi dəyərləri paylaşırıq”, – o bildirib.
Follow @7timesaz